Elnur Məmmədov MDB Baş katibinin birinci müavini ilə görüşüb

Elnur Məmmədov MDB Baş katibinin birinci müavini ilə görüşüb
# 19 yanvar 2024 17:29 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 2024-cü il 7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə gör, nazir müavini Elnur Məmmədov qarşıdakı seçkilərin Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa etdikdən sonra keçirilməsinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan Respublikasının vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı atılan addımlar barədə ətraflı məlumat verib.

MDB Baş katibinin birinci müavini Leonid Anfimov qarşıdakı Prezident seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib, seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verib və hazırkı prosesin təşkilatın Azərbaycanda müşahidə etdiyi 11-ci seçki olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR