Bank Of Baku

İstanbulda qeydiyyatda olan seçicilərin 70%-i prezident seçkilərində səs verib - YENİLƏNİB

İstanbulda qeydiyyatda olan seçicilərin 70%-i prezident seçkilərində səs verib - YENİLƏNİB
# 07 fevral 2024 18:13 (UTC +04:00)

İstanbulda yerli vaxtla saat 15:00-a olan məlumata görə, qeydiyyatda olan seçicilərin 70%-i səsvermə hüququndan istifadə edib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Baş Konsulluqdan bildirilib.

Qeyd edək ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun inzibati binasında yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 53 və 54 saylı seçki məntəqələrində keçirilən səsvermədə Azərbaycan vətəndaşları aktiv iştirak edirlər.

Türkiyədə səsvermə yerli vaxtla saat 19:00- a qədər davam edəcək.

***

17:45

Ankarada yerli vaxtla saat 15.00-a olan məlumata görə, qeydiyyatda olan seçicilərin 54%-i səsvermə hüququndan istifadə edib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Səfirlikdən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Türkiyədəki səfirliyinin inzibati binasında yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 46 və 47 saylı seçki məntəqələrində keçirilən səsvermədə Ankarada və ətraf vilayətlərdə yaşayan Azərbaycan vətəndaşları aktiv iştirak edirlər.

Türkiyədə səsvermə yerli vaxtla saat 19:00-a qədər davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR