Lənkəranda 104 yaşlı seçici məntəqədə səs verib

Lənkəranda 104 yaşlı seçici məntəqədə səs verib
# 07 fevral 2024 15:09 (UTC +04:00)

Lənkəranda 104 yaşlı seçici seçkilərdə iştirak edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun Xarxatan kənd sakini, 104 yaşlı Qızvəs Səmid qızı Mehtiyeva 76 saylı Lənkəran-Masallı seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, 104 yaşlı Qızvəs Mehtiyevanın 7 övladı, 27 nəvəsi, 45 nəticəsi və 12 kötükcəsi var.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR