MSK sədri namizədlərin seçkiqabağı təşviqatdan əvvəl fəaliyyətə başlamalarına münasibət bildirib.
APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki, o sənədlə təqdim olunmayan məsələlərə münasibət bildirmək istəmir.
“Onları göndərsinlər baxaq, araşdıraq, ondan sonra deyək qanun pozuntusu var, yoxsa, yox”, - sədr deyib.