Parlament seçkiləriylə əlaqədar səsvermə protokollarının MSK-dan DSK-lara verilməsi prosesi sabah başa çatır

Parlament seçkiləriylə əlaqədar səsvermə protokollarının MSK-dan DSK-lara verilməsi prosesi sabah başa çatır
# 10 avqust 2024 08:00 (UTC +04:00)

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi prosesi sabah başa çatır.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 100.8-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsini təmin etməlidir.

Növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il avqustun 12-dək olan dövrü əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR