Növbədənkənar prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət sabah başa çatır.
APA-nın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələri müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 2-dək olan dövrü əhatə edir.