Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edən təşkilatların sayı məlum olub.
APA-nın xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar MSK-ya 3 təşkilat sənədlərini təqdim edib. Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi MMC-dir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"-u ABŞ-ın “ORACLE ADVİSORY GROUP” təşkilatı ilə birgə keçirəcək.