Prezidentliyə üç namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb

Prezidentliyə üç namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb
# 18 yanvar 2024 16:12 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, eyni zamanda, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR