Rusiya Böyük teatrının solisti: Bu gün Azərbaycan xalqı üçün əsl bayramdır

Rusiya Böyük teatrının solisti: Bu gün Azərbaycan xalqı üçün əsl bayramdır
# 07 fevral 2024 14:10 (UTC +04:00)

"Bu gün Azərbaycan xalqı üçün əsl bayramdır" .

APA-nın Moskva müxbiri xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti, Rusiya Böyük teatrının solisti Elçin Əzizov jurnalistlərə müsahibəsində söyləyib.

“Artıq bir neçə ildir ki, mən Azərbaycanda keçirilən seçkilərdə Vətəndən kənarda iştirak edirəm. Bu gün bütün Azərbaycan xalqı üçün əsl bayramdır. Çünki bu il prezident seçkiləri həm də azad olunmuş torpaqlarımızda keçirilir. Biz öz seçimimizi çoxdan etmişik. Bu gün isə bu seçimi təsdiq etdik”, - deyə o bildirib.

"Əminəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz prezidentinə səs verəcək". Bu fikirləri isə Azərbaycanın xalq artisti, Rusiyanın Böyük Teatrının solisti Dinara Əliyeva deyib.

"Bu gün əlamətdar gündür və mən çox şadam ki, bir Azərbaycan vətəndaşı kimi Moskvada olarkən öz səsimi verə bildim. Əminəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz prezidentinə səs verəcək. Vətənim Azərbaycana rifah arzu edirəm və hər kəsin düzgün seçim edəcəyinə ümid edirəm”, - deyə opera müğənnisi qeyd edib.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR