Rusiya Dumasının nümayəndə heyəti Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Rusiya Dumasının nümayəndə heyəti Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
# 17 yanvar 2024 19:12 (UTC +04:00)

Rusiya Federasiyasının Dövlət Duması Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün nümayəndə heyəti göndərəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycandakı seçkilərə müşahidəçi qismində gedəcək Dövlət Dumasının nümayəndə heyəti fraksiyalararası olacaq. "Bütün fraksiyalar orada təmsil olunacaq. Üç parlamentari Vahid Rusiya fraksiyasından, digər fraksiyaların hərəsindən bir nəfər olacaq", - deyə Kalaşnikov əlavə edib.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR