Bank Of Baku

Azərbaycanda inşa olunan Bahar-Hövsan-Suraxanı qaz kəmərinin dəniz hissəsində işlər iki aya yekunlaşacaq

Azərbaycanda inşa olunan Bahar-Hövsan-Suraxanı qaz kəmərinin dəniz hissəsində işlər iki aya yekunlaşacaq
# 14 oktyabr 2008 13:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasının «Süleyman Vəzirov» borudüzən gəmisi vasitəsilə Bahar-Hövsan-Suraxanı qaz kəmərində 10 802 metr uzunluğunda 903 borunun inşası həyata keçirilib və 2,5 km boru yeni texnologiya vasitəsilə sahildə quraşdırılaraq qaynaq edilib və dənizin dibinə endirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Uzunluğu 32 km olacaq Bahar-Hövsan-Suraxanı kəmərinin 13 km hissəsi artıq hazırdır. Xəzər Dəniz Neft Donanmasının «Oqtay Vəliyev», «Aura» və «Nerça» yedək-təchizat gəmiləri kəmərin inşası üçün lazım olan boruların nəqlini vaxtında həyata keçirib. Qeyd edək ki, Bahar-Hövsan-Suraxanı qaz boru kəmərinin dəniz hissəsində işlər 2 aya yekunlaşmalıdır. Belə ki, 20 düyümlük Bahar-Hövsan-Suraxanı qaz kəməri ARDNŞ-in qaz proqramı üzrə 2008-ci ilin əsas buraxılış obyektlərindən biridir. Kəmərin 32 km-lik Bahar-Hövsan hissəsi dənizin dibi ilə, 12 km-lik Hövsan-Suraxanı hissəsi isə quruda çəkiləcək.
Kəmərin ötürmə qabiliyyəti sutkada 5 mln. kubmetrdir. Onun vasitəsilə «Şimal» elektrik stansiyası və Bakı ətrafı rayonlar qazla təmin olunacaq. Yeni qaz boru kəmərinin sifarişçisi «28 May» NQÇİ-dir. Boru kəməri «Günəşli» yatağında hasil edilən qazla doldurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR