Bank Of Baku

«LUKoil» neft şirkəti «Yalama» yatağında qazma işlərinin aparılmasına Azərbaycanda dəniz qazma qurğusu cəlb edib

«LUKoil» neft şirkəti «Yalama» yatağında qazma işlərinin aparılmasına Azərbaycanda dəniz qazma qurğusu cəlb edib
# 15 oktyabr 2008 08:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Heydər Əliyev» qazma qurğusu Rusiyanın «LUKoil» neft şirkətinin sifarişi ilə ARDNŞ/CMS Alyansı tərəfindən icarəyə götürülmüş Xəzər Dəniz Neft Donanmasının «Andoqa», «Nerça» və «Vadim Seyidov» gəmiləri vasitəsilə «Yalama» yatağına nəql ediləcək. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Qazma işləri zamanı qurğuya lazımi təchizat və təminat işləri həyata keçiriləcək.
Qeyd edək ki, «Andoqa» təchizat-yedək gəmisi dənizdə qurğunun koordinatlarını müəyyənləşdirərək buyları lazım olan nöqtələrdə yerləşdirib. Bundan başqa, Xəzər Dəniz Neft Donanması ilə «Caspian Marine Services Ltd.» şirkəti arasında imzalanmış müqaviləyə əsasən, «Aura» təchizat-yedək gəmisi Qazaxıstanın Bautino limanına yola düşüb. Səfərin məqsədi Qazaxıstana məxsus «Service» təchizat-yedək gəmisinin təmir üçün Bakı limanına nəql edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR