Bank Of Baku

Total E&P şirkəti yenidən Azərbaycana qayıdıb

Total E&P şirkəti yenidən Azərbaycana qayıdıb
# 18 may 2009 16:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, iclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov gündəliyə daxil olan və ölkənin karbohidrogen ehtiyatlarının istifadə olunmasından bəhs edən sazişlər barədə məlumat verib. Komitə sədri gündəlikdəki birinci məsələni - “Xəzər dənizinin Azərbaycan sektorunda “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Total E&P Abşeron Bi.Vi. və ARDNŞ-in ortaq neft şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanunun layihəsini şərh edib. Müzakirələr zamanı dünyada maliyyə böhranının çətinliklər yaratdığı hazırkı dövrdə Total E&P şirkətinin yenidən Azərbaycana qayıtması müsbət qiymətləndirilib.
Sonra iclasda “Azərbaycanda Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qlobal Enerci Azərbaycan Limited və ARDNŞ-in ortaq neft şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirə olunub.
Komitə üzvləri həmçinin “Azərbaycanda Neftçala, Xıllı, Durovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalın cənub-qərb qanadının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Neftçala İnvestments Limited və ARDNŞ-in ortaq neft şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsinə baxıblar.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR