Bank Of Baku

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi fəaliyyətini bərpa edib

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi fəaliyyətini bərpa edib
# 19 may 2009 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkəti fəaliyyətini tam bərpa edib. Bu barədə «APA-Economics»ə şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov məlumat verib.

N.Əhmədovun sözlərinə görə, müəssisənin işində fasilənin yaranması vergi yoxlamaları ilə bağlı olub: «Hazırda bütün yoxlamalar başa çatıb və mayın 16-dan etibarən biz müəssisədə metal qırıntılarının qəbuluna başlamışıq, mayın 18-dən etibarən isə şirkətin bütün işçiləri geri qaytarılaraq, müəssisə tam fəaliyyətə başlayıb».

Qeyd edək ki, «Baku Steel Company» şirkətinin fəaliyyətində fasilə yaranan zaman Vergilər Nazirliyi şirkətin fəaliyyətinin dayandırılmasının vergi yoxlamasına aidiyyətinin olmadığını bəyan etmişdir.

Xatırladaq ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur. Hazırda zavodda ümumilikdə 1 700-dən artıq işçi çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR