Bank Of Baku

Azərbaycan Türkiyəyə satdığı təbii qazın qiymətini iki dəfə artırır

Azərbaycan Türkiyəyə satdığı təbii qazın qiymətini iki dəfə artırır
# 19 may 2009 08:20 (UTC +04:00)
«APA-Economics»in bildirdiyinə görə, bu barədə Türkiyənin «Haber7» portalı məlumat yayıb.

Məlumatda Türkiyə ilə Azərbaycan arasında təbii qazın alqı-satqısına dair müzakirələrin sona çatdığı və Azərbaycan tərəfinin qazın qiymətinin 120 dollardan 200-250 dollara çatdırıldığı qeyd olunub.

Məlumatda tərəflərin «Şahdəniz» layihəsinin ikinci fazası çərçivəsində hasil ediləcək qazın həcmi və qiyməti ilə bağlı müzakirələrin isə hələ davam etdiyi bildirilib.

Qeyd edək ki, Türkiyə 2008-ci ildə Azərbaycandan 1000 kubmetri 120 ABŞ dolları olmaqla 5 mlrd. kubmetr qaz alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR