Bank Of Baku

Rəsmi Bağdad İraqın şimalında hasil ediləcək qazın «Nabucco» kəmərinin təchizatı üçün istifadəsi təklifini rədd edib

Rəsmi Bağdad İraqın şimalında hasil ediləcək qazın «Nabucco» kəmərinin təchizatı üçün istifadəsi təklifini rədd edib
# 19 may 2009 08:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İraq hökuməti ölkənin şimalında hasil ediləcək qazın «Nabucco» boru kəmərinin təchizatı üçün istifadəsi təklifini rədd edib. «APA-Economics»in məlumatına görə, bunu «Reuters» agentliyinə İraqın neft naziri Hüseyn Şahristani bildirib.

«Mərkəzi hökumətin və Neft Nazirliyinin təsdiqi olmadan heç kimə qaz ixrac etməyə icazəsi verilməyəcək», - deyən H.Şahristani əcnəbi şirkətlərə belə bir razılığın bölgədəki kürd muxtariyyətinin deyil, yalnız Bağdaddakı federal hökumət tərəfindən verilməsinin mümkün olduğunu bəyan edib.

Ötən gün Avstriyanın OMV və Macarıstanın MOL şirkətləri isə kəmərin ilkin mərhələdə işə düşməsi üçün lazım olacaq gündəlik 1,5 mlrd. kub fut (təqribən 42,475 mln. kubmetr) qaz həcmini təmin etmək üçün İraqın şimalında bir qaz layihəsində pay almaq niyyətlərini də açıqlayıb.

Xatırladaq ki, «Nabucco» boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.

Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Layihənin ümumi investisiya dəyəri 7,9 mlrd. avrodur (12,3 mlrd. ABŞ dolları). Layihənin həyata keçirilməsinə dair sazişin iyunun 25-də Ankarada (Türkiyə) imzalanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR