Bank Of Baku

Azərbaycan neft sahəsindəki təcrübəsi ilə Kuba ilə bölüşəcək

Azərbaycan neft sahəsindəki təcrübəsi ilə Kuba ilə bölüşəcək
# 19 may 2009 10:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Kuba hökumətləri neft sahəsində əməkdaşlıq edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib.

G.Cavadovun sözlərinə görə, Azərbaycan neft sahəsində olan təcrübəsi ilə Kuba ilə bölüşmək niyyətindədir: «Hazırda bu məsələyə dair tərəflər arasında danışıqlar aparılır».

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Kuba iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının II iclasının sonunda tərəflər arasında saziş imzalanıb. Məhz həmin sazişdə Azərbaycan və Kuba arasında neft sahəsində əməkdaşlıq da öz əksini tapıb. Belə ki, Azərbaycan tərəfi Kubanın neft yataqlarında bir sıra kəşfiyyat və s. işlər həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR