Bank Of Baku

«Bakıelektrikşəbəkə» borclu abonentlərin işığını kəsməyə başlayıb

«Bakıelektrikşəbəkə» borclu abonentlərin işığını kəsməyə başlayıb
# 19 may 2009 14:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC mayın 18-i saat 12:00-dan borclu abonentlərin enerji təchizatını dayandırmağa başlayıb. «APA-Economics»in məlumatına görə, bunu səhmdar cəmiyyətinin enerji satışı departamentinin bölmə rəisi Vüqar Nəbibəyli bildirib.

V.Nəbibəylinin sözlərinə görə, ötən gün axşam saatlarınadək xəbərdarlıq edilmiş 6 248 abonentdən 30%-i ödəməni aparıb, qalan abonentlərin enerji təchizatı isə dayandırılıb. Mayın 19-u üçün xəbərdarlıq müddəti başa çatan 4 min abonentin isə saat 16:00-dək 40%-i ödənişləri həyata keçirib.

V.Nəbibəyli son vaxtlar həyata keçirilən tədbirlər nəticəsində ödəniş səviyyəsinin yüksəldiyini də qeyd edib. Onun sözlərinə görə, cari ilin 4 ayında 40 mln. manat ödəniş aparılıb ki, bu da 2008-ci ilin müvafiq dövrünün göstəricisindən 33,3% çoxdur.

«Sayğaclaşdırma, eləcə də mövcud naqillərin SİP kabellərlə əvəzlənməsi nəticəsində sərfiyyat və itkilər azalıb», - deyə V.Nəbibəyli qeyd edib.

Cari ilin yanvar-may ayları ərzində aparılan araşdırmalar zamanı «Bakıelektrikşəbəkə»nin xidməti ərazisində 20 minə yaxın abonentin enerjidən istifadə qaydalarını pozması faktları aşkarlanıb və barələrində müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 680 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR