Bank Of Baku

Azərbaycanda abonentlər işıq pulunu yerində, Əl Platformaları vasitəsilə ödəyə biləcəklər

Azərbaycanda abonentlər işıq pulunu yerində, Əl Platformaları vasitəsilə ödəyə biləcəklər
# 19 may 2009 14:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın vaxtlarda «Bakıelektrikşəbəkə» ASC-nin abonentləri borclarını yerində, səhmdar cəmiyyətinin nəzarətçilərinin Əl Platformalarından istifadə etməklə ödəyə biləcəklər. «APA-Economics»in bildirdiyinə görə, bu barədə səhmdar cəmiyyətinin informasiya texnologiyaları idarəsinin rəisi Qalib Həmidov məlumat verib.

Q.Həmidovun sözlərinə görə, bu zaman nəzarətçilərin abonentlər barədə məlumatları daxil etdikləri Əl Platformalarından POS-terminal kimi istifadə olunacaq: «Abonentlər plastik kartları vasitəsi ilə elə yerindəcə, bu platformalardan ödəniş etməklə borclarını ödəyə biləcəklər».

Bunun üçün Əl Platformalarının proqram təminatında dəyişiklik də ediləcək.

Hazırda yeni sistem Bakının Nərimanov rayonu ərazisində test olunur. «Bakıelektrikşəbəkə» bu yeni xidmət növünü yay aylarında istifadəyə verməyi planlaşdırır.

Q.Həmidov hazırda səhmdar cəmiyyətinin 420 belə Əl Platformasının olduğunu və onların sayının artırılacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR