Bank Of Baku

Azərbaycanda enerji səmərəliliyi layihəsi icra oluna bilər

Azərbaycanda enerji səmərəliliyi layihəsi icra oluna bilər
# 21 may 2009 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda enerji səmərəliliyi layihəsinin icrasına başlaya bilər. «APA-Economics»in məlumatına görə, bunu IFC-nin məsləhətçi proqramlar üzrə baş meneceri xanım Tatyana Lozanski bildirib.

T.Lozanskinin sözlərinə görə, artıq bu məsələyə dair Bakıda dəyirmi masa da keçirilib: «Tədbirdə Azərbaycanın bir sıra dövlət qurumları, bankları və digər şirkətləri iştirak edib. Tədbir çərçivəsində aparılan danışıqlar enerji səmərəliliyinin aktual məsələlərdən biri olduğunu göstərib. Əgər Azərbaycan hökuməti razı olarsa, onda biz sizin ölkədə də bu layihənin icrasına başlaya bilərik».

T.Lozanski onu da bildirib ki, IFC artıq Rusiyada analoji layihənin icrasına başlayıb.

Qeyd edək ki, ötən il ərzində IFC-nin Azərbaycanda 100 şirkət arasında apardığı sorğunun nəticələrinə görə hazırlanan hesabatda bildirilir ki, Azərbaycanın iri şirkətləri il ərzində enerjiyə olan məsrəflərini 20%-ə qədər azaltmaq iqtidarındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR