Bank Of Baku

Azərbaycanda sənaye məhsulunun istehsalı 0,5% artıb

Azərbaycanda sənaye məhsulunun istehsalı 0,5% artıb
# 21 may 2009 09:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycan sənayesində 5 577,3 mln. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalın 89,7%-i malların, 10,3%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, sənaye məhsulunun 25,5%-i dövlət müəssisələrində, 74,5%-i isə özəl bölmədə istehsal edilib.

Sənaye məhsulu istehsalının 68,7%-ni həyata keçirən mədənçıxarma bölməsində məhsul buraxılışı və xidmətlərinin göstərilməsi 1,3%, 8,5%-lik paya malik olan elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində 4,8% artıb, emal bölməsində isə 6,9% azalıb.

Sənaye istehsalının sahə quruluşu






C – Mədənçıxarma sənayesi;
D – Emal sənayesi;
E – Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR