Bank Of Baku

Türkiyə Özəlləşdirmə İdarəsinin rəhbəri Mətin Kilçi: «Bu gün «Petkim»də gözləmədiyimiz inkişafı hiss edirik»

Türkiyə Özəlləşdirmə İdarəsinin rəhbəri Mətin Kilçi: «Bu gün «Petkim»də gözləmədiyimiz inkişafı hiss edirik»
# 21 may 2009 11:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyədə 2008-ci ildə özəlləşdirilmiş «Petkim» neft-kimya kompleksində də son bir il ərzində önəmli inkişaf baş verib. «APA-Economics»in məlumatına görə, bunu Türkiyə Özəlləşdirmə İdarəsinin rəhbəri Mətin Kilçi bildirib.

«Ümid edirik ki, gələcəkdə ARDNŞ-in fəal iştirakı ilə «Petkim»ə yatırılan investisiyaların həcmi artırılacaq. Şirkətin dünya bazarındakı mövqeləri güclənəcək», - deyə M.Kilçi bildirib.

M.Kilçinin sözlərinə görə, «SOCAR-Turgaz-İnjaz» alyansı «Petkim»in inkişafı istiqamətində mühüm addımlar atır. Özəlləşdirmədə qarşıya qoyulan tələblər yerinə yetirilir: «Biz bu gün «Petkim»də gözləmədiyimiz inkişafı hiss edirik».

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olunub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək, ikinci yeri tutan «SOCAR-Turcas-İnjaz» alyansını tenderin qalibi elan edib. ARDNŞ 2008-ci ildə «Petkim»ə 47 mln. ABŞ dolları məbləğində sərmayə yatırdığın bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR