Bank Of Baku

Azərbaycanın əsas sənaye müəssisələrinə dövlət yardımı göstəriləcək

Azərbaycanın əsas sənaye müəssisələrinə dövlət yardımı göstəriləcək
# 21 may 2009 12:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünyadakı maliyyə böhranı ilə əlaqədar fəaliyyətini dayandırmış «Azərboru» və «Azəralüminium» səhmdar cəmiyyətlərinə dövlət tərəfindən yardım göstəriləcək. «APA-Economics»in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.

K.Həsənovun sözlərinə görə, bu müəssisələr məhsullarını xaricə ixrac etdiklərindən böhranın təsiri ilə üzləşiblər. Nəticədə, hər iki müəssisənin fəaliyyətində müəyyən ləngimələr yaranıb: «Dövlət başçısının tapşırığına uyğun olaraq, müvafiq orqanlar bu məsələ üzərində işləyir. Hər iki müəssisəyə dövlət tərəfindən yardım göstəriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR