Bank Of Baku

Azərbaycanın mədənçıxarma sənayesində istehsal 1,3% artıb

Azərbaycanın mədənçıxarma sənayesində istehsal 1,3% artıb
# 21 may 2009 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 13,1 mln. ton neft və 3 958,5 mln. kubmetr əmtəəlik təbii qaz hasil edilib.

Qeyd edək ki, 2009-cu ilin yanvar-mart aylarında sənaye işçilərinin orta hesabla hər dörd nəfərindən biri mədənçıxarma sənayesində çalışıb, bu sahədə işləyənlərin orta aylıq əmək haqqı 941,2 manat və yaxud 2008-ci ilin yanvar-mart ayları ilə müqayisədə 7,3% çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR