Bank Of Baku

«Azərboru» Avropa ölkələrinə məhsul ixracına başlayır

«Azərboru» Avropa ölkələrinə məhsul ixracına başlayır
# 22 may 2009 07:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Azərboru» SC Amerika Neft İnstitutunun (API) standartını almağa hazırlaşır. Bu barədə «APA-Economics»ə «Azərboru» SC-nin İdarə Heyətinin sədri Əzim Əzimov məlumat verib.

Ə.Əzimovun sözlərinə görə, bunun üçün müvafiq işlər həyata keçirilməlidir. API standartı almaq üçün istehsal prosesində yeni texnologiyaların tətbiqi lazımdır ki, onların da bir hissəsi artıq alınaraq istehsalda tətbiq edilir: «Ümid edirik ki, bu il ərzində biz API sertifikatını ala biləcəyik. Bu sertifikatı alandan sonra bazarımız genişlənmiş olacaq. Təkcə postsovet respublikalarına deyil, digər ölkələrə, hətta ABŞ-a məhsul ixrac edə biləcəyik».

Ə.Əzimov hazırda bir sıra Amerika və Avropa ölkələrinin «Azərboru»nun məhsulları ilə yaxından maraqlandığını bildirib. İyun-iyul aylarında Avstriya, Almaniya və Türkiyəyə ilk məhsul partiyalarının ixracı gözlənilir.

«Danışıqların nəticəsi olaraq, bizim ildə Avropa bazarlarına 7-8 min ton civarında məhsul göndərmək imkanlarımız var», - deyə müəssisə rəhbəri vurğulayıb.

Hazırda «Azərboru» dünyadakı maliyyə böhranı ilə əlaqədar istehsalı müvəqqəti olaraq dayandırıb. Ə.Əzimov anbarlarda böyük həcmdə məhsulun qaldığını və həmin məhsulun ixracından sonra, yay aylarında istehsalın yenidən bərpa olunacağını vurğulayıb.

Ötən il «Azərboru» ilk dəfə olaraq 187, 194 və 219 mm diametrli boruların istehsalına başlayıb. Perspektivdə 245 mm diametrli boruların istehsalı da planlaşdırılır.

«Azərboru» SC 2008-ci ildə 8 min ton məhsul istehsal edib. Səhmdar cəmiyyəti Azərbaycanla yanaşı Rusiyadan uyğunluq sertifikatı alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR