Bank Of Baku

Almaniya ekspertləri: «Qazprom» külli miqdarda itkilərlə üzləşib

Almaniya ekspertləri: «Qazprom» külli miqdarda itkilərlə üzləşib
# 22 may 2009 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiyanın «Qazprom» SC külli miqdarda maliyyə itkiləri ilə üzləşib. Bunun əsas səbəbi isə şirkətin ixrac üçün Mərkəzi Asiyadan əvvəlcədən müəyyənləşdirilmiş yüksək qiymətlə təbii qaz alması ilə bağlıdır. Çünki dünyada müşahidə olunan iqtisadi böhran qaz bazarında cari qiymətlərin kəskin düşməsinə səbəb olub və buna görə də «Qazpprom» Mərkəzi Asiyadan aldığı qazı daha aşağı qiymətlərlə satmaq məcburiyyətindədir.

«APA-Economics»in məlumatına görə, bu barədə Almaniyanın «Handelsblatt» və «Deutsche Welle» qəzetləri məqalə dərc edib. Alman ekspertlərinin fikrincə, «Qazprom»un analoji maliyyə itkiləri ilə üzləşməsi bilavasitə Rusiyanın yürütdüyü qaz siyasətinin nəticəsidir: «Beləliklə böhrandan kifayət qədər zərər çəkmiş qaz nəhənginə Kreml tərəfindən irəli sürülən siyasət çox baha başa gəlir. Bu, faktiki olaraq postsovet dövlətlərində istehsal edilən təbii qazın ticarəti sahəsində inhisarçılığın yaradılmasını nəzərdə tutur».

«Qazprom»un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedyevə istinadən həmçinin qeyd olunur ki, hazırkı itkilərə baxmayaraq, «Qazprom» postsovet məkanında ekspansiya strategiyasını davam etdirmək niyyətindədir. Xüsusən vurğulanır ki, «Qazprom» Azərbaycanın «Şaxdəniz» yatağında hasil olunan qazı da almaq fikrindədir. Bu isə ekspertlər tərəfindən «Qazprom»un «Nabucco» qaz kəmərin tikintisi üçün yaradılmış konsorsiumla rəqabət aparmaq məqsədi kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR