Bank Of Baku

Nazir Natiq Əliyev: «Azərbaycan Türkiyəyə təbii qazı dünya bazarındakı qiymətlə satmaq istəyir»

Nazir Natiq Əliyev: «Azərbaycan Türkiyəyə təbii qazı dünya bazarındakı qiymətlə satmaq istəyir»
# 22 may 2009 10:17 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Danışıqlar davam etdiyindən N.Əliyev qiymətlə bağlı hər hansı rəqəm açıqlamayıb.

«Türkiyə bu gün 4 ölkədən – Azərbaycan, İran, Rusiya və Əlcəzairdən qaz alır. Misal üçün, ötən il Rusiya qazı Türkiyəyə 450-500 dollara başa gəlib. Biz də çalışırıq ki, qiymətlər mövcud bazar qiymətləri ilə uzlaşsın», - deyə N.Əliyev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Türkiyəyə təbii qazın 1000 kubmetrini 120 ABŞ dollarına satıb.

N.Əliyev hazırda «Şahdəniz» layihəsinin ikinci mərhələsində hasil ediləcək qazın Türkiyəyə nəqli, bunun həcmi və qiyməti ilə bağlı müzakirələrin aparıldığını vurğulayıb.

Xatırladaq ki, Türkiyə mətbuatı bir neçə gün əvvəl Azərbaycanın qazın qiymətini 200-250 dollar aralığında təklif etdiyini və ilkin razılaşmanın olduğunu yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR