Bank Of Baku

Azərbaycanın emal sənayesində istehsalın həcmi yanvar-aprel aylarında 7% azalıb

Azərbaycanın emal sənayesində istehsalın həcmi yanvar-aprel aylarında 7% azalıb
# 22 may 2009 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın emal sənayesində istehsalın həcmi 2008-ci ilin analoji dövrü ilə müqayisədə 6,9% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə emal sənayesində işlərin 59,4%-i qeyri-dövlət sahibkarlıq subyektləri və ev təsərrüfatları tərəfindən həyata keçirilib.

Qida məhsullarından - ətin, üzlü süd məhsullarının, balıq məhsullarının, qənnadı məmulatlarının, marqarinin, pivənin, çayın və digər məhsulların buraxılışı bir qədər artıb. İstehsalın demək olar ki, hamısı qeyri-dövlət müəssisələrinin və ev təsərrüfatlarının payına düşüb.

İşçilərin sayına görə, emal sənayesində ən böyük paya (22%) malik olan qida məhsullarının istehsalı müəssisələrində 2009-cu ilin yanvar-mart aylarında 18,9 min nəfər çalışıb və onların orta aylıq əmək haqqı 13,4% artaraq 161,9 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR