Bank Of Baku

Rusiya Azərbaycanla qaz sahəsində uzunmüddətli əməkdaşlıq qurmaq niyyətindədir

Rusiya Azərbaycanla qaz sahəsində uzunmüddətli əməkdaşlıq qurmaq niyyətindədir
# 22 may 2009 10:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiyanın «Qazprom» şirkəti Azərbaycan qazını sərhəddə və Avropanın bazar qiymətlərinə uyğun almaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

N.Əliyevin sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında təbii qazın alqı-satqısına dair danışıqlar davam etdirilsə də, hər hansı nəticə yoxdur.

«Müzakirələr əsasən qazın həcmi və müqavilənin müddəti ilə bağlıdır. Söhbət 1 milyard kubmetr qazdan və 2-3 ildən deyil, böyük həcmdən və uzun müddətdən gedir», - deyə nazir vurğulayıb.

Danışıqlarda qazın alqı-satqı məntəqəsi (sərhəd və ya quyu ağzı) məsələləri də müzakirə olunur. N.Əliyev onu da qeyd edib ki, «Qazprom» qaz sərhəddə alındığı təqdirdə, digər xərclər çıxılmaqla 15% məbləğində marja ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR