Bank Of Baku

Natiq Əliyev: «Xəzərin Azərbaycan sektorundakı «Abşeron» strukturunda qaz ehtiyatı «Şahdəniz» yatağından çoxdur»

Natiq Əliyev: «Xəzərin Azərbaycan sektorundakı «Abşeron» strukturunda qaz ehtiyatı «Şahdəniz» yatağından çoxdur»
# 22 may 2009 13:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Abşeron» perspektiv strukturunda «Şahdəniz» yatağından daha çox qaz ehtiyatının olduğu proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

«Abşeron» strukturunun alt hissəsində böyük qaz həcmi gözlənilir. Yatağın əhatə etdiyi ərazinin «Şahdəniz»dən böyük olması burada qaz ehtiyatının «Şahdəniz»dəki qədər, hətta ondan çox olacağını deməyə əsas verir», - deyə nazir vurğulayıb.

N.Əliyev bu məqsədlə «Abşeron» strukturunda kəşfiyyat işlərinin aparılacağını qeyd edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın «Total E&P Absheron B.V.» şirkəti arasında «Abşeron» dəniz yatağı layihəsi üzrə məhsulun bölünməsi haqqında (PSA) saziş 2009-cu ilin fevralın 27-də imzalanıb. Layihədə ARDNŞ 40%, «Total» isə 60% paya malikdir. Müqaviləyə əsasən, yataqda kəşfiyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Müqavilə sahəsində çıxarılan karbohidrogenlərin həcmini dəqiqləşdirmək üçün bir kəşfiyyat quyusunun qazılması nəzərdə tutulub. Kəşfiyyat işlərinin bütün xərclərini «Total» ödəyir.

Xatırladaq ki, ARDNŞ ilə «Total» arasında «Abşeron» layihəsi üzrə Memorandum 2007-ci il fevralında, «Abşeron» qaz-kondensat yatağının birgə kəşfiyyatı və istifadəsinin əsas kommersiya prinsipləri haqqında saziş isə 2008-ci il iyunun 5-də imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR