Bank Of Baku

Azərbaycan və Rusiyanın Elmlər Akademiyaları arasında saziş imzalanıb

Azərbaycan və Rusiyanın Elmlər Akademiyaları arasında saziş imzalanıb
# 22 may 2009 13:17 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Kataliz İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb.

AMEA-dan «APA-Economics»ə verilən məlumata görə, sənəddə 2009-2011-ci illər ərzində nanosistemlərin tədqiqinə, molekulyar dizayna imkan verən müasir analitik və texnoloji cihazların istifadəsinə əsaslanan, dizel yanacaqlarının kükürddən dərin hidrotəmizlənməsi prosesi üçün avrostandartın (Euro-4) tələblərinə uyğun nanokompozitli katalizatorların hazırlanması və tətbiqi məsələsinin həllinə yönəlmiş məsələlər əksini tapıb.

Layihənin əlaqələndiricisi kimi Kataliz İnstitutunun professoru A.Boronin və NKPİ-nin laboratoriya müdiri, professor E.İsmayılov çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR