Bank Of Baku

Lənkəranda qanunsuz fəaliyyət göstərən müəssisə bağlanıb

Lənkəranda qanunsuz fəaliyyət göstərən müəssisə bağlanıb
# 22 may 2009 13:18 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 5 saylı Ərazi İdarəsinin əməkdaşları Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində reyd keçiriblər. İdarənin rəisi Namiq Kərimovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, reyd, əsasən, qəsəbədəki müxtəlif növ balıqların qurudulması ilə məşğul olan “Kaspi-Azərbaycan balıq sənaye kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətdə aparılıb.

Nəticədə müəssisənin heç bir normativ texniki sənəd olmadan antisanitariya şəraitində fəaliyyət göstərdiyi, hazır məhsulun yalnız yerli bazara çıxarıldığı aşkarlanıb.

Müəssisə qanunsuz işlədiyi və texniki normativlərə əməl etmədiyi üçün bağlanaraq 4000 manat məbləğində cərimə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR