Bank Of Baku

Azərbaycan sənayesinin neft-qaz amilindən asılılığı yaxın 10-15 ildə davam edəcək

Azərbaycan sənayesinin neft-qaz amilindən asılılığı yaxın 10-15 ildə davam edəcək
# 22 may 2009 13:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın 10-15 ildə Azərbaycan sənayesinin neft-qaz amilindən asılılığı davam edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

N.Əliyev ötən dövr ərzində Azərbaycanın energetika və sənaye sektorunda mühüm irəliləyişin əldə olunduğunu, Azərbaycanın enerji ixracatçısı olan bir dövlətə çevrildiyini vurğulayıb.

«Qeyri-neft sektorunun inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsinə, daxili bazarın qorunması və biznes şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bu gün Azərbaycan özünün enerjiyə olan tələbatını tam ödəməklə yanaşı həm də ixrac edir», - deyə nazir qeyd edib.

N.Əliyevin sözlərinə görə, Azərbaycan yaxın perspektivdə elektrik enerjisi istehsalını 10 min MVt-a çatdırmağı planlaşdırır. Bunun təxminən 5 min MVt-a yaxın hissəsi daxili tələbata sərf olunacaq, qalan hissəsi isə ixrac ediləcək: «Bu gün 1000 MVt-a yaxın elektrik enerjisi Rusiya, İran, Gürcüstan və Türkiyəyə ixrac olunur. Gələcəkdə Qara dəniz ətrafı dairəvi elektrik şəbəkəsinin yaradılmasından sonra Azərbaycan elektrik enerjisini bu regiona da ixracını həyata keçirə biləcək».

Nazir ölkə sənayesinin inkişafı ilə bağlı müvafiq tədbirlərin hazırlandığını da bildirib. Bununla yanaşı N.Əliyev sənayenin bəzi spesifik sahələrinin, məsələn kimya, maşınqayırma və s. inkişafı ilə bağlı ayrıca proqramların hazırlanmasının vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR