Bank Of Baku

«BP-Azerbaijan» şirkəti III rübdə «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda yeni obyektlər istismara verəcək

«BP-Azerbaijan» şirkəti III rübdə «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda yeni obyektlər istismara verəcək
# 25 may 2009 12:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin III rübü ərzində «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunda aparılan tikinti işlərinin bir hissəsini istismara verəcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hazırda qaz magistralı sistemi, H2S-in (Hidrogen Sulfat) kənarlaşdırılması qurğuları, əlavə 7-ci neft qızdırıcısı, havanın qurudulması və kompressor sistemlərinin təkmilləşdirilməsi və açıq su drenajı layihəsi üzərində işlər davam etdirilir: «Bütün bu layihələr 2009-cu ilin III rübü ərzində tamamlandıqca istismara təhvil veriləcək. Bundan başqa, iki yeni giriş qapısı əlavə edilməklə təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi də III rübün əvvəllərində başa çatdırılacaq».

Şirkətdən həmçinin bildirilib ki, AÇG tikinti sahələrində «BP-Azerbaijan» şirkəti öz tikinti podratçılarının vasitəsilə 500 nəfər işə götürüb və onların 70%-ni Azərbaycan vətəndaşları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR