Bank Of Baku

Apreldə Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 85%-i keçib

Apreldə Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 85%-i keçib
# 25 may 2009 12:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin aprel ayında «Azərenerji» ASC-nin regional enerji təchizat idarələri (RET) üzrə ümumilikdə 350 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib və istehlak 14%-dən çox azalıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən qurumun Enerji Təchizat idarəsinə istinadən məlumat verilib.

Hesabat dövründə ümumi ödəniş 85%-dən, daimi əhali istehlakçı qrupunda isə 89%-dən artıq olub.

Aprel ayında Mingəçevir və Şirvan ŞEŞ-ləri, Ucar, Samux və Lerik PEŞ-ləri üzrə ümumi ödənişdə 100% və ondan yuxarı nəticə əldə edilib. Həmçinin, 13 PEŞ-də ümumi ödəniş 90%-dən yuxarı olub. O cümlədən, Tərtər, Yardımlı, Lənkəran, Qazax, Gədəbəy və Tovuz PEŞ-ləri ümumi ödənişdə 95%-dən yuxarı yığım olub. Ən yüksək göstərici Ucar PEŞ-də (ötən ayların debitor borcunun ödənişi nəzərə alınmaqla 104,5%), ən aşağı isə Biləsuvar PEŞ-də (63,5%) qeydə alınıb.

Qeyd edək ki, cari ilin aprel ayında daimi əhali istehlakçı qrupu üzrə ödənişdə Mingəçevir və Gəncə ŞEŞ-ləri və Tərtər PEŞ-i ötən ayların debitor borcu hesabına ödənişlər nəzərə alınmaqla 100%-dən yuxarı, Şirvan ŞEŞ, Zərdab və Göyçay PEŞ-ləri 99%-dən yuxarı, Kürdəmir, Şamaxı, Qazax, Tovuz, İmişli, Lerik, Göy-göl, Ağcabədi və Beyləqan PEŞ-ləri isə 95% və ondan yuxarı nəticə əldə edilib. Debitor borclarının ödənişləri nəzərə alınmaqla ən yüksək göstərici Mingəçevir ŞEŞ-də (107,1%), ən aşağı göstərici isə İsmayıllı PEŞ-də (73,3%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR