Bank Of Baku

Brent markalı neft ucuzlaşıb

Brent markalı neft ucuzlaşıb
# 26 may 2009 07:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 25-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,87 dollar azalaraq 59,91 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, “Rəhmət duası” gününün bayram edilməsi ilə əlaqədar mayın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında ticarət keçirilməyib.

Xatırladaq ki, əvvəlki ticarət günü, yəni mayın 22-nin nəticəsinə görə, NYMEX-də ticarət olunan WTI markalı neftin ixracına dair iyun müqaviləsinin dəyəri 1 barelə görə 61,67 dollara bərabər olub.

Qeyd edək ki, hazırda neft bazarı mayın 28-də keçiriləcək OPEC-in növbəti iclası gözləyir. Neftin qiymətinə dair OPEC-in üzv olan ölkələri tərəfindən yanaşma və hasilatın azalıb-azalması barədə qeyri-müəyyənlik investorları bir qədər ehtiyatlı olmağına çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR