Bank Of Baku

BVF neftin bahalaşmasını iqtisadi geriləmənin başa çatmasının göstəricisi hesab edir

BVF neftin bahalaşmasını iqtisadi geriləmənin başa çatmasının göstəricisi hesab edir
# 26 may 2009 09:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. “Son zamanlar neftin bahalaşması böhran nəticəsində yaranmış iqtisadi geriləmənin ən pis mərhələsinin sona çatmasının göstəricisidir”. “APA-Economics”in məlumatına görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondu (BVF) direktorunun birinci müavini Con Lipski çıxış edib. C. Lipskinin sözlərinə görə, dünyada neftə tələbat tədricən bərpa olunacaq: “Ötən ilin dekabr ayı ilə müqayisədə hazırda neftin qiymətinin iki dəfə qalxması da bunu göstərir”.
Xatırladaq ki, hazırda neftin 1 barelinin qiyməti 60-61 dollar təşkil edir.

BVF rəsmisi vurğulayıb ki, digər amillərlə paralel müşahidə olunan neft bazarında nikbinlik dünya iqtisadiyyatın kəskin geriləməsinin sona çatmasının əlamətidir.

Qeyd edək ki, hazırda neftin qiyməti üzrə müxtəlif proqnozlar var. Bu proqnozlardan birində yaxın 2-3 ildə qiymətin kəskin artacağı, hətta ötən il müşahidə olunmuş 150 dollarlıq həddi aşacağı qeyd olunur. Həmin proqnozun əsasında dünya iqtisadi böhranının və qiymətlərin kəskin düşməsi nəticəsində ötən ilin dördüncü rübündən başlayan və hazırda da davam edən hasilat üzrə yeni layihələrin dayandırılması və dondurulması məsələsi durur. Belə ki, həmin proseslər nəticəsində yaxın vaxtda dünyada neft çatışmazlığı yarana bilər. Yeni layihələr işə salınacaq, lakin son hasilatın əldə edilməsinə müəyyən vaxt tələb olduğundan qiymətlərin bir müddət ərzində hətta kəskin artması da ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR