Bank Of Baku

İFC Azərbaycanın neft-qaz şirkətləri üçün seminar keçirib

İFC Azərbaycanın neft-qaz şirkətləri üçün seminar keçirib
# 26 may 2009 09:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın neft-qaz sahəsində fəaliyyət göstərən yerli şirkətlər üçün «Risklərin idarə edilməsi və inkişafın təşviqi» mövzusunda seminar keçirib. «APA-Economics»in məlumatına görə, seminarda ölkənin neft-qaz sektorunda fəaliyyət göstərən 25 aparıcı məhsul və xidmət təchizatçı şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən İFC-nin Azərbaycan korporativ İdarəetmə Layihəsinin rəhbəri, xanım Karolina Brayt qeyd edib ki, müxtəlif çətinliklər, o cümlədən qlobal maliyyə böhranı ilə üzləşən yerli şirkətlər rəqabətə davamlılıqlarını qorumaq və gələcək inkişafı təmin etmək üçün daha mükəmməl riskləri idarəetmə strategiyalarına və ümumilikdə idarəetmə prinsiplərinə ehtiyac duyulur.

Tədbir çərçivəsində, həmçinin, korporativ idarəetmə, risklərin idarə olunması və s. mövzularda təqdimatlar keçirilib.

Qeyd edək ki, seminar «bp-Azerbaijan» şirkətinin Sahibkarlığın İnkişafı və Təlimi Proqramı (EDTP) ilə birgə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR