Bank Of Baku

Naxçıvanda yeni asfalt zavodu fəaliyyətə başlayıb

Naxçıvanda yeni asfalt zavodu fəaliyyətə başlayıb
# 27 may 2009 09:22 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yeni asfalt zavodu istifadəyə verilib. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Qarxun kəndində qurulan və müasir tələblərə cavab verən zavodun gücü saatda 60 ton asfalt-beton istehsal etməyə imkan verir. Zavodun fəaliyyəti üçün ötən il istifadəyə verilən 2500 ton tutumlu bitum anbarından istifadə ediləcək. Zavodda müasir texnika və avadanlıqlar quraşdırılıb.

Qeyd edək ki, bu Naxçıvan MR ərazisində son 3 ildə fəaliyyətə başlayan üçüncü asfalt zavodudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR