Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
# 27 may 2009 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, görüş çərçivəsində Ş.Mövsümov Fondun fəaliyyəti, ARDNF-ın vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində Fondun aparıcı rolu, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi barədə ətraflı məlumat verib.

Öz növbəsində Ə.Alam ARDNF-ın MHŞT-nin tətbiqi sahəsində uğurlarını və Fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirdiyini qeyd edib.

Görüşdə həmçinin dünya maliyyə bazarlarındakı mövcud vəziyyət, DB-nın proqramlarının səmərəliliyi, DB və Azərbaycan arasında gələcək əməkdaşlıq, Azərbaycanda aparılan iqtisadi islahatlar, neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında da müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR