Bank Of Baku

Azərbaycan prezidenti «Caspian Energy» jurnalını 10 illik yubiley münasibəti ilə təbrik edib

Azərbaycan prezidenti «Caspian Energy» jurnalını 10 illik yubiley münasibəti ilə təbrik edib
# 29 may 2009 06:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev «Caspian Energy» jurnalının kollektivini jurnalın 10 illik yubileyi münasibəti ilə təbrik edib.

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan (CEIBC) «APA-Economics»ə verilən məlumata görə, təbrik məktubunda ötən dövr ərzində Azərbaycanın sosial-iqtisadi həyatınla əldə olunan nailiyyətləri, dinamik inkişaf proseslərindən və əldə olunan bu nailiyyətləri Azərbaycanın və dünyanın nüfuzlu kütləvi informasiya vasitələri kimi, «Caspian Energy» jurnalının səhifələrində də geniş işıqlandırılması, oxuculara təqdim olunan materiallarda Azərbaycanın regional təhlükəsizliyə və əməkdaşlığa verdiyi töhfələr qeyd olunub.

«Hörmətli jurnalistlər, Sizi və çoxsaylı oxucularınızı «Caspian Energy» beynəlxalq jurnalının 10 illik yubileyi münasibəti ilə təbrik edirəm. İnanıram ki, jurnalınız 10 illik fəaliyyəti dövründə qazandığı uğurları daha da möhkəmləndirəcək, regionumuzu əhatə edən mühüm transmilli proseslərdə ölkəmizin rolu barədə obyektiv və hərtərəfli məlumatın çatdırılması işində səylərini böyük əzmlə davam etdirəcək», - deyə dövlət başçısının müraciətində qeyd olunub.

Qeyd edək ki, «Caspian Energy» 1999-cu ildən CEIBC-nin dəstəyi ilə fəaliyyət göstərir. Hazırda «Caspian Energy» Beynəlxalq Media Qrupuna «Caspian Energy» Beynəlxalq Nəşriyyat Evi, «CEIBCNews» - eksklüziv məlumat agentliyi, «Leo Brandmaker» İnternet-media şirkəti, «ERG» marketinq şirkəti, «Caspian Business Alliance» PR agentliyi, «Caspian Energy Alliance» neft konsaltinq şirkəti və «Caspian Energy Event» şirkəti daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR