Bank Of Baku

Sergey Şmatko: «Azərbaycanla Rusiya arasında enerji mübadiləsinin inkişafı üçün yaxşı potensial var»

Sergey Şmatko: «Azərbaycanla Rusiya arasında enerji mübadiləsinin inkişafı üçün yaxşı potensial var»
# 29 may 2009 07:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Bakıda MDB ölkələri Elektroenergetika Şurasının 35-ci iclası işə başlayıb. APA-nın məlumatına görə, tədbirdə bir sıra MDB ölkələrinin energetika nazirləri iştirak edir. Rusiyanın energetika naziri Sergey Şmatko jurnalistlərə açıqlamasında deyib ki, bu gün həmçinin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək. Onun sözlərinə görə, iclasda Azərbaycan və Dağıstanın enerji sistemlərinin etibarlılığının artırılması, əlavə elektrik xətlərinin quraşdırılması, su elektrik stansiyalarının gücünün artırılması və s. məsələlər müzakirə ediləcək.

S.Şmatko bildirib ki, Elektroenergetika Şurasının yığıncağında ən yaxşı elektrik təchizatına malik MDB ölkəsinə mükafat veriləcək. Bu ənənə sonra da davam etdiriləcək.
Rusiya ilə Azərbaycan arasında enerji mübadiləsinin hansı səviyyədə olması ilə bağlı APA-nın sualına cavab olaraq S.Şmatko bunları deyib: «Azərbaycan və Rusiya arasında enerji mübadiləsi çox böyük deyil. Amma inkişaf üçün potensial çox yaxşıdır. Mən çox şadam ki, yaxın dövrdə Azərbaycan energetikləri çox böyük nailiyyət əldə ediblər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR