Bank Of Baku

Azərbaycan və Rusiya Şimal-Cənub enerji dəhlizinin yaradılmasına dair müzakirələr aparır

Azərbaycan və Rusiya Şimal-Cənub enerji dəhlizinin yaradılmasına dair müzakirələr aparır
# 29 may 2009 09:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan və Rusiya Şimal-Cənub enerji dəhlizinin yaradılması istiqamətində müzakirələr aparır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

N.Əliyevin sözlərinə görə, məsələ ilə bağlı bu gün Bakıda keçirilən MDB Elektroenergetika Şurasının iclası çərçivəsində, habelə Azərbaycanda səfərdə olan Rusiyanın energetika naziri Sergey Şmatko ilə ikitərəfli görüşündə fikir mübadiləsi aparacaq.

«Bununla bağlı Azərbaycan, İran və Rusiyanın dövlət başçıları Tehranda razılığa gəliblər. İndiyədək bir neçə dəfə üçtərəfli müzakirələr keçirilib və hazırda layihə üzərində iş gedir», - deyə N.Əliyev vurğulayıb.

Nazir layihə çərçivəsində Azərbaycanın lazımi işləri həyata keçirdiyini, İmişli-Parsabad (Azərbaycan-İran) xəttinin, yarımstansiyaların, transformator məntəqələrinin və s. Rusiya ilə sərhəddə isə Yaşma-Dərbənd xəttinin tikildiyini və hazırda bu sahədə işlərin davam etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR