Bank Of Baku

«BP-Azerbaijan» bu il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda yeni quyular qazacaq

«BP-Azerbaijan» bu il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda yeni quyular qazacaq
# 29 may 2009 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokuna daxil olan platformalarda bir sıra yeni quyular qazmağı planlaşdırır.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ildə platformalarda bir sıra quyu qazılacaq: «Belə ki, «Mərkəzi Azəri» platformasında hazırda davam edən bərpa əməliyyatları başa çatdırılandan sonra qazma əməliyyatlarını hasilat quyusu kimi nəzərdə tutulmuş B23 quyusunu qazmaqla davam etdirəcəyik».

«Qərbi Azəri» platformasına gəldikdə isə, 2009-cu ildə şirkət bir hasilat quyusunu (C18) tamamlayıb. Hazırda isə tamamlanması may ayının sonlarınadək planlaşdırılmış bir suvurma quyusu (C20) qazılır: «Bu il ərzində «Qərbi-Azəri»də 4 quyunun – 2 hasilat quyusunun (C18, C21) və 2 suvurma quyusunun (C20, C22) qazılması planlaşdırılır».

«Şərqi Azəri» platformasında isə «BP-Azerbaijan» şirkəti 2008-ci ilin dekabrında bir hasilat quyusunun (D13) tamamlanmasından sonra digər bir hasilat quyusu (D14) qazıb və onu müvəqqəti olaraq dayandırıb: «Həmin quyunu 2009-cu ilin oktyabr ayında tamamlamağı planlaşdırırıq. Hazırda biz bir suvurma quyusu (D15) qazırıq və onu may ayının sonunda tamamlamağı nəzərdə tutmuşuq. Cari ildə «Şərqi Azəri»də cəmi 3 quyu – bir hasilat və iki suvurma quyusu (D14, D15 və D17) qazılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR