Bank Of Baku

«Neft Daşları»dakı iki platformaya elektrik kabel xətti çəkilib

«Neft Daşları»dakı iki platformaya elektrik kabel xətti çəkilib
# 29 may 2009 13:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Neft Daşları» yatağındakı 2415 və 2387 nömrəli platformaların daimi elektrik enerjisi ilə təmin edilməsi üzrə işlər başa çatdırılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Dənizin 23,5 metr dərinliyində, bir-birindən 2 km aralıda yerləşən həmin platformalardan 24 quyu qazılacaq. Bu quyulara ümumi uzunluğu 1,5 km olan iki müxtəlif kabel xətti çəkilib. Xətlərin çəkilişi ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının ixtisaslaşmış «Samir Quliyev» kabeldüzən gəmisi vasitəsi ilə həyata keçirilib. Yeni kabel xətləri «Neft Daşları»ndakı qaz-turbin elektrik stansiyasından qidalanır. Stansiyanın ehtiyat gücü daha bir neçə iri platformanı təmin etməyə qadirdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR