Bank Of Baku

Azərbaycan yanvar-aprel aylarında xam neft ixracını 1,6 dəfə azaldıb

Azərbaycan yanvar-aprel aylarında xam neft ixracını 1,6 dəfə azaldıb
# 29 may 2009 14:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan cari ilin yanvar-aprel aylarında 2 938 373,3 min ABŞ dolları dəyərində 9 209 382,9 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Sayğac göstəricilərinə əsasən, xam neftin 12 806 887,1 tonu boru kəməri, 402 343,2 tonu isə dəmir yolu vasitəsi ilə ixrac edilib.

Hesabat dövründə 306 942,3 min dollar dəyərində 895 039 ton neft məhsulu ixrac olunub.

Qeyd edək ki, xam neft ixracı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə azalıb, neft məhsullarının ixracı isə 8% artıb. Xam neft ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (100%) tərəfindən ixrac edilib. Neft məhsullarının ixracında ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (94,43%), «Azneftyağ» İstehsalat Birliyi (3,60%), «Azərbaycan Hava Yolları» QSC (0,97%) və «Monolit-D Ltd.» şirkəti (0,60%) üstünlük təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR