Bank Of Baku

«BP-Azerbaijan» bu il «Dərinsulu Günəşli» platformasında bir neçə quyu qazacaq

«BP-Azerbaijan» bu il «Dərinsulu Günəşli» platformasında bir neçə quyu qazacaq
# 29 may 2009 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokuna daxil olan «Dərinsulu Günəşli» platformasında bir neçə quyu qazmağı planlaşdırır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, artıq «Dərinsulu Günəşli»də öncə qazma quyularının platformaya calaşdırılması proqramı başa çatıb və hazırda 10 öncə qazma quyusu istismardadır: «Biz eləcə də birinci qazma kampaniyasını uğurla yerinə yetirdik və platformadan birinci quyunun (E11) qazılmasına başlamışıq. Həmin quyu cari ilin oktyabr ayının sonlarında tamamlanacaq. Bu ilin planında həmçinin «Dərinsulu Günəşli»də iki neft hasilatı quyusunun (E11 və E12) qazılması nəzərdə tutulub».

Bundan başqa, 2009-cu ilin əvvəlindən «Dədə Qorqud» qazma qurğusu «Dərinsulu Günəşli» sualtı suvurma qazması proqramı çərçivəsində qazma və tamamlama əməliyyatlarını davam etdirilib: «Bütün 2009-cu il boyu və 2010-cu ilin I rübündə biz bu əməliyyatları Şərq manifoldunda qalan iki, Şimal və Cənub manifoldlarının hər birində isə qalan bir quyu üçün davam etdirəcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR