Bank Of Baku

Bu ilin yanvar-aprel aylarında Bakı-Ceyhan boru kəməri ilə neftin ixracı 7% azalıb

Bu ilin yanvar-aprel aylarında Bakı-Ceyhan boru kəməri ilə neftin ixracı 7% azalıb
# 29 may 2009 14:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-aprel aylarında Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə 10 487 952,1 ton xam neft ixrac olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

BTC vasitəsi ilə ixrac edilmiş neftin həcmi 2008-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 6,7% azalıb.

Hesabat dövründə Bakı-Novorossiysk kəməri ilə 835 315 ton, Bakı-Supsa boru kəməri ilə 1 483 620 ton xam neft ixrac olunub. Nəticədə, Bakı-Novorossiysk kəməri ilə ixrac olunan neftin həcmi 3,4 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR