Bank Of Baku

MDB Elektroenergetika Şurasının Bakıda keçirilən 35-ci iclası başa çatıb

MDB Elektroenergetika Şurasının Bakıda keçirilən 35-ci iclası başa çatıb
# 29 may 2009 16:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. MDB Elektroenergetika Şurasının Bakıda keçirilən 35-ci iclası başa çatıb. APA-nın məlumatına görə, iclasın yekununa dair keçirilən mətbuat konfransında Şuranın prezidenti, Rusiyanın energetika naziri Sergey Şmatko bildirib ki, tədbirdə elektroenergetika sahəsində 6 məsələ müzakirə olunub. Müzakirə olunan məsələlər sırasında 2008-2009-cu illərin payız-qış mövsümündə MDB enerji sistemlərinin işinin yekunları, enerji sistemlərinin paralel işləməsi barədə müqavilənin icrası, MDB iştirakçı dövlətlərin energetika sahəsində əməkdaşlıq Konsepsiyasının layihələri və onların reallaşdırılması üzrə tədbirlər planının hazırlanmasının gedişatı və s. var.

“Biz iclasda elektroenergetika ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik və bəzi məsələlər üzrə müvafiq qərarlar oldu. İclasda həmçinin Xəzər ətrafı, Qara dəniz ətrafı dairəvi enerji sistemin yaradılmasına dair müzakirələr də aparıldı”.

Qeyd edək ki, Şuranın iclasında Azərbaycanla yanaşı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın müvafiq qurumlarının nümayəndələri, həmçinin İran heyəti iştirak edib. İclasın yekununa dair protokol imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR