Bank Of Baku

Bakı-Novorossiysk kəməri ilə nəql olunan neftin həcminin artırılmasına dair danışıqlar gedir

Bakı-Novorossiysk kəməri ilə nəql olunan neftin həcminin artırılmasına dair danışıqlar gedir
# 29 may 2009 16:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Rusiya və Azərbaycan yaxın illərdə energetika sahəsində əməkdaşlığı yeni layihələr hesabına daha da dərinləşdirməyi planlaşdırır. APA-nın məlumatına görə, bu fikirləri Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının Rusiya tərəfdən həmsədri, bu ölkənin energetika naziri Sergey Şmatko bildirib.

Nazir Azərbaycan tərəfi ilə bu Rusiya-Azərbaycan-İran enerji şəbəkələrinin birləşdirilməsi layihəsini, habelə Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqli, təbii qazın tranziti və s. məsələlərin müzakirə olunduğunu vurğulayıb.

S. Şmatko Bakıda keçirdikləri görüş zamanı Bakı-Novorossiysk kəməri ilə nəql olunan Azərbaycan neftinin həcminin artırılması barədə müzakirələrin aparıldığını da qeyd edib. rusiyalı nazirin sözlərinə görə, ötən müddətdə Azərbaycan ildə bu kəmər vasitəsi ilə 2,5 mln. ton neft nəql edib. halbuki 1996-cı ildə imzalanmış müqavilədə bu həcm ildə 5 mln. ton nəzərdə tutulub: “Sonrakı illərdə Azərbaycan kvotanı yerinə yetirmədi. Bunun da səbəbləri var. Amma hesab edirik ki, yaxın illərdə kəmər vasitəsi ilə göndərilən neftin həcmi həmin kvotaya çatacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR